26 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ı sevindirən xəbər

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”la matçın  26-cı dəqiqəsində zədələnən futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün aparılmış MRT müayinəsindən sonra Toralın əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.

Həkimlər Toral Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək “Zirə” ilə oyuna hazır etməyə çalışacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43