Rusiya Futbol Veteranları İttifaqı FİFA və UEFA-ya açıq məktub göndərib.
İdmanxeber.az-ın məlumatına görə, veteran futbolçular Ukraynadakı müharibə ilə əlaqədar milli komandaların və yerli klubların beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının ləğvini xahiş ediblər.
Məktubu imzalayanlar arasında əslən azərbaycanlı sabiq yarımmüdafiəçi Aleksandr Səmədov da var. Siyahıda həmçinin Stanislav Çerçesov, Oleq Romantsev, Dmitri Aleniçev, Rinat Dasayev və Yeqor Titov kimi tanınmış futbolçular yer alıb.