İdmanxeber.azxəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
“Çətin oyun oldu. Nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazana bildik”.
– Rəqibə qarşı sanki qeyri-ciddi yanaşma var idi. Qol imkanları boşa verilirdi…
– Rəqibə qarşı ciddi yanaşmışdıq. Dediyinizlə razılaşmıram.
– Yusif İmanovun debütü nəylə bağlıdır, onunla bağlı planlarınız var?
– Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. O, bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun seyvi idi. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm