“Çelsi”nin sahibi Roman Abramoviç Türkiyədə klub almaq istəyir.
İdmanxeber.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, rusiyalı iş adamı qardaş ölkənin “Göztəpə” klubunun yeni sahibi ola bilər. Artıq tərəflər arasında danışıqların getdiyi də bildirilir.
Abramoviçin bir müddət öncə “Çelsi”ni satmaq istəməsi ilə bağlı xəbərlər dolaşırdı.