Türkiyənin “Qalatasaray” klubu yenidən Fatih Terimə tapşırıla bilər.
İdmanxeber.az “Milliyət”ə istinadən xəbər verir ki, təyinatın İstanbul təmsilçisində yeni prezident seçkilərindən sonra gerçəkləşmə ehtimalı var.
Klubun İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.