İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin malikanəsi qarət edilib.
İdmanxeber.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Hadisə fevralın 28-də baş verib.
Oğru malikanəyə girərkən Bekhem və ailəsi evdə olub. Qarətçi bir neçə min funt-sterlinq dəyərində qızıl-zinət əşyaları, paltar və məişət texnikası oğurlayıb.