24 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”də 70-ə çatdı

Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 21-ci turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) klubun yetirməsi üçün əsas komandada 70-ci matç olub.

24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43