23 Dekabr 2024
Dünya futbolu

Çempionlar Liqası: İngilislərin gecəsi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma keçiriib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Bu mərhələnin maraqla gözlənilən “Mançester Siti” – “Atletiko” oyununda meydan sahibləri çətinliklə qələbə qazanıb – 1:0.

Günün digər oyununda “Liverpul” Portuqaliyada “Benfika”nın qonağı olub. İngiltərə təmsilçisi bu matçın favoriti sayılırdı. Dörd qolun qeydə alındığı matç məhz qonaqların qələbəsiylə yekunlaşıb.

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları 12-13 apreldə keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/4 final
İlk oyunlar

5 aprel

Benfika (Portuqaliya) – Liverpul (İngiltərə) 1:3
Qol: Nunez, 49 – Konate, 17. Mane, 34. L.Dias, 88.
Hakimlər: Xesus Xil Manzana, Dieqo Barbero, Anxel Nevado, Joze Mariya Sançes (hamısı İspaniya)

Mançester Siti (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol
: De Bruyne, 70.
Hakimlər: İstvan Kovaç, Vasile Florin Marineski, Ovidiu Artene (hamısı Rumıniya), Marko Di Bello (İtaliya)

6 aprel

23.00 Çelsi (İngiltərə) – Real (İspaniya)
Hakimlər: Kleman Turpin, Nikolas Danos, Siril Qrinqor, Franços Letexier (hamısı Fransa)

23.00 Vilyarreal (İspaniya) – Bayern (Almaniya)
Hakimlər: Entoni Teylor, Qari Beşvik, Adam Nunn (hamısı İngiltərə), Anastasios Sidiropoulos (Yunanıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43