Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Idmanxeber.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq.
Gecənin ilk matçında “Feyenoord” doğma meydanda Çexiya “Slaviya”sını qəbul edəcək.
Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” Fransada Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcək.
1/4 finalın cavab qarşılaşmaları aprelin 14-də olacaq.
Konfrans Liqası
1/4 final, ilk oyunlar
7 aprel
20:45 “Feyenoord” (Niderland) – “Slaviya” Praqa (Çexiya)
23:00 “Marsel” (Fransa) – PAOK (Yunanıstan)
23:00 “Lester” (İngiltərə) – PSV (Niderland)
23:00 “Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya)