24 Dekabr 2024
Kateqoriyasız

Ramin Musayev: “Azad olunmuş ərazilərdə stadionların tikilməsi nəzərdə tutulur”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Şamaxı” – “Neftçi” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az həmin müsahibəni dəqqitinizə çatdırır:

– Çox maraqlı oyun oldu. Ən azından bu, bölgə üçün bir hədiyyədir. İnsanların üzündəki sevinc heç nə ilə əvəz oluna bilməz. İlk oyun idi. “Şamaxı” komandası pis oynamadı.

– Futbolun bölgələrə qayıdışının davamı olacaq?

– Yüz faiz. Ən vacib olan işğaldan azad olunan torpaqlara futbolun qayıtmasıdır. Orada stadionların tikilməsi nəzərdə tutulur. Hər bölgənin öz komandası olacaq.

– Həmin bölgələr müəyyənləşib?

– Hər rayonda stadion tikiləcək.

– Bu, hansı müddətlə olacaq?

– O baxır maliyyəyə.

– “Keşlə” mövsümün sonunadək Bakıda məşq edəcək…

– Adaptasiya olmağa görə belə edilir. Növbəti mövsümdən tam olaraq Şamaxıya köçməyi klub rəhbərliyi bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43