“Bursaspor”da çıxış edən azərbaycanlı futbolçu Namik Ələskərov “Kocaelispor” üzərində qələbədən (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi qol vurmaqda çətinlik çəkdiyini deyib:
“Sıralamaya görə bizim üçün vacib oyun idi. Mütləq qələbə qazanmalıydıq. Başqa düşüncəmiz yox idi. Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə qalib gəldik. Oyunda bəzi epizodlarda sanki tələsdim.
Son vaxtlarda qol vurmaqda çətinlik çəkirəm. Bunun səbəbini bilmirəm. Bir qol vursam, davamı gələcək”.
Ələskərov bu mövsüm 30 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.