Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi son yoxlama oyunundakı rəqibin adına aydınlıq gəlib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşacaq. Görüş iyulun 30-da saat 19:30-da başlayacaq.
İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.