27 Dekabr 2024
Dünya futbolu

Mahir Emreli: “Psixoloji cəhətdən əziyyət çəkmədim”

“Qalib gəldiyimiz üçün şadam. Əsas 3 xalı qaznamaq idi, qol da əlavə desert oldu. Uzun müddət zədədən narahat oldum”

İdmanxeber.az-ın məlumatına görə, bunu “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatının III turunda “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldiklər matçdan sonra klubun televiziyasına açıqlamasında deyib.

25 yaşlı hücumçu daha sonra belə davam edib: “Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Bundan sonra nə qədər oynayacağımı bilmirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalşıram. Oyundan-oyuna öz formamı yaxşılaşdıracağam”.

Emreli artıq 6 görüşü buraxdığını söyləyib: “Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacağam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq və hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43