“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın durumu ciddidi.
İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı mudafiəçi bu gün təkrar MRT müayinəsindən keçib və məlum olub ki, o, əvvəlcədən gözlənildiyi kimi 1 ay yox, 2 ay komandaya kömək edə bilməyəcək.
Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.