23 Oktyabr 2024
Kateqoriyasız

“Heç bir bəhanə axtarmaq fikrində deyiləm” – Qurbanov

Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail” səfərdə “Kəpəz”ə uduzub – 0:3.

İdmanxeber.az-ın məlumatına görə, “Səbail”in baş məşqçisi Mahmud Qurbanov məğlubiyyəti şərh edib.

O, bunları deyib:

“Gəncəyə qələbə dalıyca gəlmişdik. Heç də pis başlamamışdıq. Oyunun qırılma anı oldu. Qol və ardınca qırmızı vərəqə planlarımızı pozdu. “Kəpəz” layiqli qələbə qazandı. Heç bir bəhanə axtarmaq fikrimiz yoxdu. Qarşıdakı oyunlara baxacağıq.

Bizim futbolçular aqressiv oyunla kobud oyunu ayırd edə bilmirlər. Artıq neçə oyundu ki, komandamız 11 nəfərlə matçı başa çatdıra bilmir. Demirəm bilərəkdən qırmızı vərəqə alırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43