22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” layiqli qələbə qazandı” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XII turunda “Neftçi”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 0:3 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Neftçi”ni təbrik edirəm. Bizdən yaxşı oynadılar. Oyunu dəyişməyə çalışdıq, lakin buna nail ola bilmədik. “Neftçi” layiqli qələbə qazandı.

Oyuna pis başlamadıq. Rəqibin qoluna qədər yaxşı çıxış etdik. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Sonra da toparlanmaq çətin oldu. Problemimiz odur ki, bəsit qollar buraxırıq. Xüsusilə də, önəmli oyunlarda belə olur. Problemi həll etməyə çalışacağıq.

Növbəti oyun “Qəbələ”yə qarşı olacaq. Təhlillər aparıb, hazırlaşacağıq. Çətin matç olacaq. Onlar da böyük istəklə oyuna yanaşacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43