“Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. İddialı klublarımızda böyük maaşlar var. Eynən Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “sports.ru”ya müsahibəsində deyib. O, əmək haqlarında “Qarabağ”ın futbolçularının seçildiyini də bildirib:
“Onlar hər il avrokuboklarda çıxış etdikləri üçün daha çox maaş alırlar. Mən isə karyeramdakı ən böyük maaşı “Neftçi”də almıram. Rusiyada, hətta “Saturn”un birinci komandasında belə dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım”.
30 yaşlı yarımmüdafiəçi Ağdam klubunun çıxışından da danışıb. O, komandanın hər mövsüm avrokuboklarda oynadığına diqqət çəkib:
“Onların özlərinə məxsus oyun tərzləri var. “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq. Komanda Rusiya Premyer Liqasında yüz faiz çempionluq üçün yarışa bilərlər”.