22 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1 – 6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.

Bundan əlavə, Məmmədov 9 – 12 noyabrda Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43