Millimizin futbolçusu Mahir Emreli komandası “Dinamo” ilə Çempionlar Liqasının qrup mərhələsinin son turunda qarşılaşacaqları “Çelsi” ilə matç üçün İngiltərəyə yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb klubu Londona bu gün gedib və heyətdə Mahir Emreli də olub. Onun sabahkı oyunda oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılıdı.
Qeyd edək ki, sabah keçiriləcək “Çelsi” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.