“Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsi keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək.
8 şahmatçının mübarizə aparacağı turnir 14-20 noyabrda olacaq. Yarışın mükafat fondu 210 min dollardır.
Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.