Laurentsiu Regekampf “Neftçi”dən ayrıla bilər.
İdmanxeber.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin “Styaua” klubundan təklif alıb. 47 yaşlı mütəxəssisin isə keçmiş klubunun təklifini rədd etməyəcəyi bildirilir.
Hətta “Styaua”nın “Neftçi”yə Rege üçün müqavilədə nəzərdə tutulan 350 000 avro ödəməyə də hazır olduğu xəbərdə yer alıb.