Fransa millisinin və PSJ-nin müdafiəçi Presnel Kimpembe zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, Kimpembe zədə səbəbindən Fransa yığmasının DÇ-2022-dəki oyunlarını buraxa bilər.
Bundan əvvəl millinin üzvü Pol Poqba və Nqolo Kantenin mundialı buraxacağı dəqiqləşib.
Bu il Qətərdə keçiriləcək mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.