22 Oktyabr 2024
Kateqoriyasız

“Oyundan öncə 1 xal qazanacağımızı desəydilər. dərhal razılaşardıq” – “Frayburq”un futbolçusu

Almaniya “Frayburq”unun futbolçusu Nils Petersen Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə,  34 yaşlı hücumçu matçın çətin keçdiyini bildirib:

“Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər. dərhal razılaşardıq.

Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətli nəticədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43