22 Oktyabr 2024
Kateqoriyasız

Fərid Qayıbov səfirlə görüşdü

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.

İdmanxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.

Qəbulda Səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43