22 Oktyabr 2024
Kateqoriyasız

Regekampf “Neftçi”dən ayrılır? – özü açıqladı

“Styaua” ürəyimdə əbədi olan komandadır. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi  Laurentsiu Regekampf yenidən Rumıniyanın “Styaua” komandasının sükanı arxasına keçəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Cici Bekali də Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyib. O, Regekampfın qayıdışının maliyyə cəhətdən çətin olduğunu vurğulayıb: “Hazırda onun öz komandası var və orada işləyir. Baş məşqçini işindən necə çıxarmaq olar? Bundan əlavə, Regekampfın yaxşı maaşı da var”.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43