22 Oktyabr 2024
Kateqoriyasız

“Avrokubok zonasından qopmamağa çalışacağıq” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasında XIII turun “Qəbələ” – “Zirə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Oyunun ağır keçəcəyini bilirdik. “Zirə” yaxşı oyunçulardan təşkil olunmuş kollektivdir. Fikrimizdə olanları futbolçular göstərməyə çalışırdı. İlk dəqiqədən sonra iki oyundan qopmadılar. Komandamı təbrik edirəm. Azarkeşsiz futbol olmur. Oyunu daha da gözəl etmək olardı. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Tribunada olmasalar da, yanımızdadırlar. Onları təbrik edirəm.

– Ülvi İsgəndərovu meydana buraxdız və o, mərkəzdən qol vuraraq, komandaya qələbə qazandırdı…
– Ülvidən həmişə qeyri-adi nəsə gözləmək olar. Bunu dəfələrlə göstərib. Çempionatda qeyri-adi hücumçulardandır. Oyunun taleyini hər an dəyişə bilər. Üzərinə nə düşürdüsə, onu etdi.

– Asif Məmmədovun oynamaması nə ilə bağlıdır?
– Mikro-zədəsi var idi. Rafael Utzdiqdə də həmçinin. Buna görə ehtiyat etdik.

– 4 oyunluq qələbəsizlik seriyasını qırdız. Növbəti rəqib “Neftçi”dir. Bu qələbə sizə əlavə motivasiya olacaq?
– Hamı məğlubiyyətimizi bir cür müzakirə edir. Komandanın içindəyik. Heç bir sıxıntımız yoxdur. Komanda olaraq möhkəmik. Hər şey qaydasındadır. Oyun oyundan fərqlidir. Son matçda məğlub olsaq da, komandaya irad bildirə bilməzdik. Sona kimi vuruşmuşdular. Bəzən qələbə qazanırsan, bəzən uduzursan. Avrokubok zonasından qopmamağa çalışacağıq.

– Avrokuboka iddialı iki komanda üz-üzə gəlirdi. Oyunun keyfiyyətindən razı qaldız?
– Futbolçuları da başa düşmək lazımdır. Boş tribunada futbol oynanılmır. Daha çox məşq oyununa oxşayırdı. Azarkeşləri qırıb atmaq futbolun gözəlliyini də azaldır. Qarşıdakı matçlarda bir də belə halın təkrarlanmayacağına ümid edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43