Çexiya millisinin və “Çelsi”nin sabiq futbolçusu Petr Çexin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, qarpıçı xokkey klubu ilə anlaşıb. O, “Çelmsford” komandasına keçib. Petr ötən il digər xokkey klubunda çıxış edib.
Qeyd edək ki, Çexin əvvəlki komandası Böyük Britaniya təmsilçisi “Qildford” olub.