23 Oktyabr 2024
Kateqoriyasız

“Gent” hazırda formadadı” – Loris Broqno

“Bizi yaxşı oyun gozləyir. “Gent” hazırda formadadı”.

Bunu İdmanxeber.az-a açıqlamasında “Zirə”nin legioneri futbolçusu Loris Broqno deyib.

Belçikalı futbolçu ölkəsinin “Gent” klubunun “Qarabağ”la oyunları haqda danışarkən daha sonra sözlərina bunları əlavə edib:

“Gent” son turda “Brügge”ni 2:0 hesabı ilə məğlub etdi. Onların hücumçusu Kuypers yaxşı formadadı. Ancaq “Qarabağ” da yaxşı nəticələr qazanır. Hər iki komanda formadadı”.

Qeyd edək ki, “Gent” hazırda Belçika çempionatında 27 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43