22 Oktyabr 2024
Kateqoriyasız

“Araz Naxçıvan” uduzdu, “Səbail” qalib gəldi

Bu gün Azərbaycan Birinci divizionunda 11-ci tur start götürüb. 

İdmanxeber.az-ın məlumatına görə, turun açılış günü üç matç keçirilib.

Lider “Araz Naxçıvan” səfərdə “Mingəçevir”ə uduzub. “Qaradağ Lökbatan” “Qəbələ-2” ilə dueldə çətin qələbə qazanıb. “Səbail-2” – “Turan Tovuz-2” görüşündə isə meydan sahibləri üç xalı bayram edib.

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

Birinci Divizion, 11-ci tur
8 noyabr

14:00. “Mingəçevir” – “Araz Naxçıvan” 1:0
Qol: 
Roman Hüseynov, 36
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Taleh Məmmədov, Sərxan İsmayılov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:30. “Qaradağ Lökbatan” – “Qəbələ-2” 2:1
Qollar: Rəvan Abbasov, 69, Sabir Allahquliyev, 85-pen. – Rauf Məhərrəmov, 58
Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Rəsul Babayev
Lökbatan OİK stadionu

14:00. “Səbail-2” – “Turan Tovuz-2” 1:0
Qol: 
Vidadi Cəfərov, 18
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43