22 Oktyabr 2024
Kateqoriyasız

DÇ-2022: İsveçrənin yekun heyəti

Futbol üzrə İsveçrə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Murat Yakın 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Yann Zommer (“Borussiya” Münhenqladbax, Almaniya), Qreqor Kobel (“Borussiya” Dortmund, Almaniya), Filipp Ken (“Zaltsburq”, Avstriya), Yonas Omlin (“Monpelye”, Fransa)

Müdafiəçilər: Manuel Akanci (“Mançester Siti”, İngiltərə), Erar Comert (“Valensiya”, İspaniya), Niko Elvedi (“Borussiya” Münhenqladbax), Rikardo Rodriges (“Torina”, İtaliya), Fabian Şer (“Nyukasl”, İngiltərə), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi “Maynts”, Almaniya)

Yarımmüdafiəçilər: Mişel Ebişer (“Bolonya”, İtaliya), Fabian Fray (“Bazel”), Remo Froyler (“Nottingem Forrest”, İngiltərə), Ardon Yaşari (“Lütsern”), Fabian Rider (“Yanq Boyz”), Cibril So (“Ayntraxt” Frankfurt, Almaniya), Qranit Caka (“Arsenal”, İngiltərə), Denis Zakariya (“Çelsi”, İngiltərə)

Hücumçular: Bril Embolo (“Monako”, Fransa), Kristian Fassnaxt (“Yanq Boyz”), Noa Okafor (“Zaltsburq”), Harif Seferoviç (“Qalatasaray”, Türkiyə), Cerdan Şakiri (“Çikaqo”, ABŞ), Renato Şteffen (“Luqano”), Ruben Varqas (“Auqsburq”, Almaniya)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43