22 Oktyabr 2024
Kateqoriyasız

Şahruddin Məhəmmədəliyev durumunu özü açıqladı

“Qarabağ”ın Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la matçında (2:0) zədələnən qapıçısı Şahruddin Məhəmmədəliyevin durumu normaldı.

İdmanxeber.az xəbər verir ki, bu barədə qapıçı özü sosial şəbəkədə paylaşım edib. O, instaqram hesabında bunları yazıb:

“Mənə görə narahat ola hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz”.

Xatırladaq ki, qolkiper “Turan Tovuz”a qarşı matç bitkindən sonra meydanı xərəkdə tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43