22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”də seleksiya məşqləri

“Neftçi” Futbol Akademiyası 2015, 2016, 2017-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, seçimlər 17, 18, 19 noyabr tarixlərində Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 18:00-da başlayacaq.

Seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 202 11 20 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43