22 Oktyabr 2024
Dünya futbolu

Almaniya millisində ciddi itki – mundialı buraxacaq

“Borussiya”nın (Dortmund) futbolçusu Marko Roys zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi topuğundakı zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Almaniya millisi mundialda E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43