22 Oktyabr 2024
Kateqoriyasız

Mahir Emreli yalnız bu halda “Dinamo”da qalacaq

Millimizin futbolçusu Mahir Emrelinin Xorvatiya “Dinamo”sunda qala bilər.

İdmanxeber.az xəbər verir ki, Zaqreb klubunda az şans qazanan forvardın qışda klubu tərk etmək istədiyi bildirilib.

Ancaq Mahir komandada qala da bilər. “Dinamo”da hücumçu Bruno Petkoviç qışda satılsa Emreli və digər hücumçu Yosip Drmiç komandada qalacaq. Bundan başqa, “Lokomotiva”da icarədə olan Sandro Kulenoviç də geri qaytarılacaq.

Emreli bu mövsüm “Dinamo” ilə 9 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43