22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin “Qəbələ” üstünlüyü

Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, “Qəbələ” turun ikinci oyun günündə meydana çıxacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda “Neftçi”nin qonağı olacaq. “Bakcell Arena”da baş tutacaq matç rəqiblərin 62-ci dueli olacaq. Komandalar indiyədək 61 dəfə qarşılaşıb. Aktivində 18 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 27 dəfə məğlub olub. Rəqib qapısına 74 top vuran futbolçuları 89 qol buraxıb.

Noyabrın 12-də keçiriləcək oyun Premyer Liqa çərçivəsində 57-ci qarşılaşma olacaq. Əvvəlki 56 matçda 17 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 26 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 84 top buraxıb.

“Neftçi” ilə səfərdə 31-ci dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 13 dəfə uduzub. Bölgə təmsilçisi səfərdə 36 qol vurub, 43-nü buraxıb.

Boyabrın 12-də “Bakcell Arena”da keçiriləcək matç 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43