22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” bu matça itkilərlə çıxacaq. Zədələrini sağaldan Eddi İsrafilovla Azər Əliyev komanda ilə məşqlərə qoşulublar. Lakin onların “Qəbələ” ilə görüşdə meydana çıxacaqları gözlənilmir. Fərid Yusifli müalicəni bitirmək üzrədir. O, növbəti həfdə fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki. “Neftçi” – “Qəbələ” qarşılaşması bu gün saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43