“Uduzsaq da istədiyim oyunu, komandanı gördüm. Bu templə davam etsək qarşıdakı oyunlarda daha yaxşı olacaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə uduzduqları oyundan (0:2) sonra deyib.
Təcrübəli çalışdırıcı daha sonra Omar Hani və Ruan Renatonun çıxışını dəyərləndirib:
“Oyun səhvlər üzərində qurulub. Ötən mövsəüm uğurlu seriyalar olduğundan Ruan Renato daha yaxşı görünürdü. Omar Haniyə gəlincə, biz təkcə ina görə uduzmadıq. Düzdü, bir neçə qol imkanlarına girdi”.