22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” “Dinamo”nun hücumçusunu transfer edir?

Kiyev “Dinamo”sunun futbolçusu Artyom Besedin “Qarabağ”da oynaya bilər.

İdmanxeber.as “Sport.ua”ya istinadən xəbər verir ki, “köhlət atlar” 26 yaşlı forvardın xidmətində maraqlıdır.

Ukrayna millisinin də şərəfini qoruyan hücumçu keçən yay da “atlılar”ın diqqət mərkəzinə düşüb. Forvardın qış transfer pənəcərisi zamanı Azərbaycan klubuna keçmək ehtimalı var.
2013-cü ildən “Dinamo”da çıxış edən Besedin Ukrayuna millisinin heyətində 19 matçda 2 qol vurub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43