Xəbər verdiyimiz kimi, Mahir Emreli “Dinamo”nun heyətində Xorvatiya çempionatında “Riyeka” ilə matçda dub edib.
İdmanxeber.az-ın məlumatına görə, həmin matçdan öncə “Riyeka”nın azarkeşlərindən biri Emreliyə “Qarabağ Ermənistandır” deyərək təxribata əl atıb.
Mahir isə meydana girib qol vurduqdan sonra həmin azarkeşə tərəf qaçaraq ona hərbi salam verib. Bununla da Emreli azarkeşə cavab göndərib.