Hazırda futbol ictimaiyyətinin bütün diqqəti noyabrın 20-də Qətərdə keçiriləcək dünya çempionatına yönəlib. İlk dəfə qışda keçiriləcək mundiala maraq olduqca yüksəkdir.
Dünya çempionatları hər zaman bir futbol yarışı olmaqla yanaşı, rəngarəngliyi və bayram ab-havası ilə keçməsiylə də bilinir. Buna səbəb mundilala vəsiqə qazanan 32 komandanı dəstəkləmək üçün dünyanın dörd bir yanından gələn yüzminlərlə azarkeşlərdir.
Turnirdə güclü komandalar, ulduz futbolçularla bərabər matçların keçiriləcəyi stadionlar da hər zaman maraq dairəsində olub. Elə bu dəfə də bir-birindən möhtəşəm, əsrarəngiz görünüşə malik arenalar diqqətdən kənarda qalmayıb. Əksəriyyəti dünya çempionatı üçün tikilən bu qeyri-adi görünüşə malik stadionları nəzərinizə çatdırırq:
“Əl-Bayt” stadionu. Tutumu: 60000
Dizayner: Dar Al-Handasah Açılış tarixi: 30 noyabr 2021
Stadionun dizaynı “Beyt əl-Şaar” kimi tanınan ərəb çadırı formasındadır. Turnirin 10 matçının bu stadionda keçirilməsi nəzərdə tutulub.
“Əl-Cənub” stadionu Tutumu: 40000
Dizayner: Dame Zaha Hadid. Açılış tarixi: 16 may 2019
Stadionun dizaynı məşhur “Dhov qayığı”nın yelkənlərinə oxşadılıb. Arenanın üstünlüyü açılıb-bağlanan tavanın olmasındadır. Bu isə istənilən hava şəraitində stadionda tədbirlərin keçirilməsini mümkün edir. Turnirin 7 matçının burda keçirilməsi planlaşdırılıb.
“Əl-Thumama” stadionu. Tutumu: 40000
Dizayner: “Arab Engineering Bureau” Açılış tarixi: 21 oktyabr 2021
Arenanın dizaynı ərəb dünyasında məşhur olan və geyinilən toxunma papaq – “Gahfiya”dan ilhamlanıb. Bu stadionda 8 matç keçiriləcək.
“Ras Əbu Əbud” və ya “974 stadionu”
Tutumu: 40 000
Dizayner: “FIA Fenwick Iribarren Architects”
Açılış tarixi: 30 noyabr 2021
“974 stadionu” kimi tanınan bu arena qeyri-adi dizaynı ilə məşhurlaşıb. Fasadı tam olaraq konteynerlərdən hazırlanmışdır. FİFA tarixində ilk tam sökülən və yenidən istifadə oluna bilən tikilidir. Belə qeyri-adi dizayn hər zaman ticarət gəmilərinin dayanacağının Qətərdə etməsinə işarədir. Bu arena 7 matça şahidlik edəcək.
“Xəlifə Beynəlxalq Stadionu”
Tutumu: 40 000
Dizayner: Dar Al-Handasah. Rekonstruksiyadan sonra açılış tarixi: 2017
Bu stadionda turnirin 9 matçının keçirilməsi nəzərdə tutulub.
“Əl-Rayyan” stadionu
Tutumu: 40 000 Dizayner: “Ramboll” şirkəti
Açılış tarixi: 18 dekabr
Stadionun dizaynı Qətərin ticarət tarixindən tutmuş vəhşi təbiətini özündə əks etdirmişdir. Arenanın fasadındakı naxışlar səhradakı qum təpələrinə oxşadılıb.
“Education City” stadionu
Tutumu: 40 000 Dizayner: “FIA Fenwick Iribarren Architects”
Açılış tarixi: 15 iyun 2020
Bu arenanın dizaynı islam memarlığının zəngin tarixinə əsaslanıb. Brillianta bənzər dizayna malik stadionda gecələr rəngarəng işıq şousu yaranır ki, buna səbəb günəşin səmadakı hərəkəti ilə rəngini dəyişən almaza oxşar üçbucaqların olmasıdır.
“Lusail” stadionu
Tutumu: 80 000 Dizayner: “Foster + Partners”
Açılış tarixi: 22 noyabr 2021
Bu möhtəşəm stadion üçün dizaynerlər fənərə oxşayan işıq və kölgədən ilhamlanıblar. Arena final qarışıq 11 oyuna ev sahibliyi edəcək.
Xəyal HÜSEYNOV