22 Oktyabr 2024
Kateqoriyasız

Ozan Canın komandası qalib gəldi

Niderland I Divizionunda 16-cı turun görüşləri keçirilir.

İdmanxeber az xəbər verir ki, milli komandamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda “Telstar”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can milli komandamızın düşərgəsində olduğu üçün bu oyunda komandasına kömək edə bilməyib.

Xallarını 29-a yüksəldən “Eyndhoven” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43