22 Oktyabr 2024
Kateqoriyasız

“Barselona” DÇ-2022-də 10 futbolçunu izləyəcək

“Barselona”  Qətərdə start götürəcək dünya çempionatında 10 futbolçunu izləməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi Portuqaliya millisindən Dioqu Dalo (“Mançester Yunayted”), Fransa yığmasından Benjamin Pavar (“Bavariya”), Belçika seçməsindən Toma Mönye (“Borussiya”, Dortmund) və Argentina millisindən Xuan Foytun (“Vilyarreal”) oyunlarına baxacaq.

Rəhbərlik bundan əlavə, yarımmüdafiəçilər belçikalı Yuri Tilemans (“Lester”), Almaniya yığmasından İlkay Gündoğan (“Mançester Siti”), İspaniya seçməsindən Marko Asensio və portuqaliyalı Bernardu Silvanı (“Mançester Siti”) gündəmdə saxlayacaq.

Klub hücumçulardan portuqaliyalı Rafael Leau (“Milan”) və Almaniya millisindən Yusuf Mukokonu (“Borussiya”, Dortmund) da izləyəcək.

Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43