22 Oktyabr 2024
Kateqoriyasız

“Birlikdə uğurlara imza atacağıq” – Eddi İsrafilov

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, zədəsini sağaldan Azərbaycan millisinin üzvü komandaya kömək etmək üçün hazır olduğunu bildirib:

“Hazırda özümü çox yaxşı hiss edirəm. Ay yarımdır ki, komanda ilə məşqləri səbrsizliklə gözləyirdim. İndi kollektivlə birlikdəyəm və bundan zövq alıram. Oynamadığım dönəmdə komandanın performansını yaxşı dəyərləndirirəm. Düzdür, vacib xallar itirdik, amma oyunu yaxşı qiymətləndirərdim. Baş məşqçinin ehtiyacı olarsa, hər an komandaya kömək etməyə hazıram. Birlikdə uğurlara imza atacağıq.

Bizi “Səbail”lə heç də asan oyun gözləmir. Rəqibin yaxşı oyunçuları var. Amma biz “Neftçi”yik, böyüklüyümüz bundadır. “Səbail”lə matçda qələbə qazanmağa çalışacağıq. Baş məşqçi mənə neçə dəqiqə şans versə, həmin dəqiqələrdə komandaya xeyir verməyə çalışacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43