23 Oktyabr 2024
Kateqoriyasız

“Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 15-ci turunun “Kəpəz”lə matçından sonra mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, Əsgərli 1:1 hesabı ilə başa çatan oyun haqda bunları deyib:

“Matç gözlədiyimizdən də, çətin keçdi. “Kəpəz” bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də, çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadılar. Onlara təşəkkürümü bildirirəm. Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda “Kəpəz”ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43