22 Oktyabr 2024
Ölkə futbolu

PFL bu məsələni bir də diqqətdə saxlasın: Tovuz kimi şəhərdə… (VİDEO)

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində hazırda “Turan Tovuz” çempionluqa iddialı “Sabah”la qarşılaşır.

İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, stadionunda tribunlarının yarısı demək olar ki, boşdu. Çox güman ki, matçın iş günündə keçirilməsi Tovuz təmsilçisinin bəzi fanatlarının bu oyuna gəlməsinə mane olub.

Hazırda qarşılaşmanı təxminən 2000-ə yaxın tamaşaçı izləyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43