22 Oktyabr 2024
Ölkə futbolu

Nigeriyalı futbolçu 1-ci dəqiqədə zədələndi – Bizim Premyer Liqada

“Turan Tovuz” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, hazırda “Sabah”la qarşılaşan bölgə təmsilçisi görüşün 1-ci dəqiqəsində yarımmüdafiəçisi Henri Okebuqvunu itirib.

Nigeriyalı futbolçu qarşılaşmanı davam etdirə bilməyib və onun əvəzinə meydana Veysəl Rzayev daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan “Turan Tovuz” – “Sabah” oyununda hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43