22 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”da daha bir ciddi itki

“Turan Tovuz” Misli Premyer Liqasının 15-ci turu çərçivəsində doğma meydanda “Sabah”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, bölgə klubu növbəti ciddi itki ilə üzləşib. Qərb klubunun əsas heyət üzvlərindən Turan Vəlizadə matçın 77-ci dəqiqəsində zədələnib və meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, qarşılaşmanın 1-ci dəqiqəsində komandanın nigeriyalı yarımmüdafiəçisi Henri Okebuqvu da zədələnərək meydanı tərk etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43