DÇ-2022-nin 3-cü turunda İranla oyunda zədələnən ABŞ millisinin üzvü Kristian Pulişiçin durumu açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, İranın qapıçısı ilə mübarizədə yerdə qalan yarımmüdafiəçiyə çanaq sümüyünün əzilməsi diaqnozu qoyulub.
Onun dekabrın 3-də 1/8 finalda Niderlandla keçiriləcək görüşü buraxacağı gözlənilir.