Misli Premyer Liqasının XVI turu çərçivəsində “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Paytaxt klubunun mətbut xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, hazırda komandanın heyətində cəzalı və zədəli fuutbolçu yoxdu. “Ağ-qaralar” tam tərkibdə derbiyə hazırlaşır. “Neftçi”də təkcə Voyslav Stankoviçin durumu tam olaraq bəlli deyil. Lakin onun da bu vacib qarşılaşma da meydana çıxması gözlənilir.
Dekabrın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 21:00-da start götürəcək.