Misli Premyer Liqasının XVI turu çəçivəsində lider “Qarabağ” səfərdı “Neftçi”nin qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu derbiyə ciddi itkilərlə çıxacaq. “Köhlən atlar”ın heyətində Marko Veşoviç və Filip Ozobiç zədə səbəbindən bu oyunu buraxacaq. Digər zədəlilər – Abbas Hüseynov və Marko Yankoviçin isə meydana çıxa bilib-bilməyəcəyi isə oyun günü bəlli olacaq.
Dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 21:00-da start götürəcək.